DÜNYA


Litva xeyriyyə gəmisindən dörd qaçqını götürüb

Vilnüs, 9 fevral, AZƏRTAC

Litva ölkəyə gətirilə biləcəyi mümkün olan dörd qaçqını ilkin olaraq götürüb.

AZƏRTAC bu barədə Litvanın Miqrasiya Departamentinə istinadla xəbər verir.

Litva nümayəndələri gələn həftə Siciliyada yerləşən Messin yaşayış məntəqəsindəki Əcnəbilərin Qəbulu Mərkəzini ziyarət edəcək, həmin miqrantların təhlükəsizlik baxımından yoxlanılmasını aparacaqlar. Ölkənin daxili işlər naziri Eymutis Misyunas bildirib ki, Litva “Sea Watch” təşkilatından beş nəfərədək qaçqını qəbul edə biləcək.

E.Misyunasın sözlərinə görə, Litvaya İtaliyada beynəlxalq müdafiə statusu almış miqrantlar qəbul ediləcək və onlar təhlükəsizlik baxımından yoxlamadan keçəcəklər.

Xatırladaq ki, yanvarın 19-da “Sea Watch” xilasediciləri Liviya sahillərində miqrantları aşkarlayıblar. Onların arasında 8 nəfər həddi-buluğa çatmayanlar olub.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.