DÜNYA


Livanda əmanəti dondurulan silahlı şəxs bankdakı insanları girov götürüb

Qahirə, 11 avqust, AZƏRTAC

Livan Mərkəzi Bankının ofisində əmanəti dondurulan silahlı şəxs çoxlu sayda insanı girov götürüb.

AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, polis Beyrutun şərqindəki Hamra məhəlləsində yerləşən bank şöbəsini mühasirəyə alıb və silahlı şəxslə danışıqlar aparılır. O, “mənim pulumu verməsələr, girovları buraxmayacağam” deyə bağırıb. Ətrafdakı sakinlərin sözlərinə görə, qapılar bağlananadək müştərilərin bəziləri qaça biliblər. Bundan sonra içəridən atəş səsləri gəlib.

Ağır böhranla üzləşən Livan bankları əksər əmanətçilərin valyutada olan hesablarını dondurub və onlara hər gün devalvasiyaya uğrayan Livan funtu təklif edir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.