“Liverpul” - “Real Madrid" oyununun birinci hissəsində hesab açılmayıb
AzerTAg.az
Bakı, 29 may, AZƏRTAC
Futbol üzrə UEFA Çempionlar Liqasının final oyunu çərçivəsində keçirilən “Liverpul” - “Real Madrid" oyununun birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Fransanın paytaxtı Parisdəki “Stad de Frans” stadionunda oynanılan matçın birinci hissəsində hesab açılmayıb.
Komandalar bu oyunadək 8 dəfə qitənin ən nüfuzlu klub turnirində üz-üzə gəliblər. Bunların 4-də “Real Madrid”, 3-də isə “Liverpul” qələbə qazanıb. Bir görüşdə qalib müəyyənləşməyib. Qolların nisbətində də Madrid təmsilçisinin üstünlüyü var - 10:8.
Bunadək 13 dəfə Çempionlar Liqasının qalibi olan Madrid təmsilçisi hazırda turnirin ən titullu klubudur. Yurgen Kloppun baş məşqçisi olduğu komanda isə 6 dəfə Çempionlar Liqasının finalında qələbə sevinci yaşayıb.
“Liverpul” – “Real Madrid” oyunu ilə Avropada 2021-2022-ci il futbol mövsümünə yekun vurulacaq.

Xəbərin mətnində orfoqrafik səhv var