QAN YADDAŞI


London sakinlərinə 20 Yanvar faciəsindən bəhs edən bukletlər paylanılıb

Bakı, 20 yanvar, AZƏRTAC

London şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Şəfiqə Robertsin təşəbbüsü və təşkilatçılığı ilə bir qrup xanım soydaşımız 20 Yanvar faciəsindən və Bakıda sovet qoşun hissələri tərəfindən qətlə yetirilən şəhidlərimizdən bəhs edən bukletləri Londonun müxtəlif tarixi məkanlarında paytaxt sakinlərinə təqdim ediblər. Bukletlərdə Azərbaycan xəritəsinin təsviri, 20 Yanvar faciəsindən fotolar əks olunub, tarixi faktlar sadalanıb, "20 Yanvar faciəsindən 31 il keçməsinə baxmayaraq, yaralarımız təzə və acıdır", "20 Yanvar Azərbaycan xalqının yaddaşında dərin və silinməz iz buraxıb" və s. kimi ifadələr yazılıb.

Sonra əllərində Azərbaycan bayraqlarını və 20 Yanvar faciəsinin əks olunduğu şəkilləri tutan xanımlarımız şəhidlərimizi yad ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.