DÜNYA


Londonda Mişel Obamanın avtobioqrafiyasının təqdimatı olub

London, 4 dekabr , AZƏRTAC

Londondakı “The Royal Festival Hall”da ABŞ-ın keçmiş birinci xanımı Mişel Obamanın “Təşəkkül” adlı avtobioqrafiyasının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, təqdimat çərçivəsində Mişel Obama yazıçı Çimamanda Qozi Adiçienin suallarını cavablandırıb.

Mişel Obama 2009-cu ildə Böyük Britaniyaya səfərləri zamanı Kraliça Elizabetə qarşı protokol qaydasını pozmasından da danışıb. O deyib: “Protokol qaydasına görə Kraliçaya toxunmamalı idim, lakin o, mənə içəri girin və harada istəyirsiniz əyləşin dediyi zaman bütün qanunları unutdum”.

Qeyd edək ki, təqdimatda iştirak üçün 40 mindən çox bilet satılıb. Kitab Böyük Britaniyada yaşlı oxucular üçün non-fikşn əsərləri reytinqində ilk mövqedə qərarlaşıb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.