DÜNYA


Londonun məşhur xəstəxanasının təcili yardım xidməti dayandırılıb

London, 8 iyul, AZƏRTAC

Londondakı məşhur Hilinqdon xəstəxanasının işçiləri arasında koronavirusa yoluxma halları artdığı üçün xəstəxananın təcili yardım xidməti dayandırılıb.

AZƏRTAC xəbər verir ki, burada çalışan 70 tibb işçisində koronavirus aşkarlandıqdan sonra onlar özlərini təcrid ediblər.

Lakin İngiltərə Xalq Sağlamlığı rəsmilərinin tövsiyəsi ilə xəstəxananın təcili yardım xidməti fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Böyük Britaniyanın bir çox bölgəsində virusa yoluxma hallarında artım müşahidə olunur.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.