DÜNYA


Lotereyada on milyon funt-sterlinq udmuş britaniyalı dilənçi vəziyyətinə düşüb

Bakı, 12 fevral, AZƏRTAC

2002-ci ildə lotereyada on milyon funt-sterlinq udmuş Böyük Britaniya sakini Maykl Kerroll 10 ildə bütün pulu xərcləyək dilənçi vəziyyətinə düşüb.

AZƏRTAC xəbər verir ki, Britaniyanın “The Sun” nəşrinin yaydığı məlumata görə, Maykl udduğu pulu alandan sonra böyük imarətdə daim hay-küylü məclislər qurub. “Mənim on milyonum on ilə əriyib yox oldu. Mənim artıq nə evim var, nə də maşınım. Lakin mən kədərlənmirəm. Yüngül qazanc yüngül də xərclənər”, - deyə o bildirib.

Hazırda Kerroll çörək pulunu ağır zəhmətlə qazanır: odun yarır və kömür kisələri daşıyır. Dediyinə görə, bundan əsl zövq alır: “Həyat puldan ibarət deyil. Qəribə səslənsə də, mən işə döndüyüm vaxt xoşbəxt olduğum qədər heç zaman xoşbəxt olmamışam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.