İDMAN


Lukas Leyva “Latsio” klubunda ilin ən yaxşı futbolçusu seçilib

Bakı, 7 yanvar, AZƏRTAC

İtaliyanın “Latsio” futbol klubunun yarımmüdafiəçisi Lukas Leyva ardıcıl ikinci dəfə komandada ilin ən yaxşı futbolçusu seçilib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 31 yaşlı braziliyalı futbolçu klubun azarkeşləri arasında keçirilən səsvermədə 79 faiz səs toplayaraq komanda yoldaşlarını böyük fərqlə geridə qoyub. Ciro İmmobile 13 faiz səslə ikinci, Sergey Milinkoviç isə (8 faiz) üçüncü olublar.

Braziliyalı futbolçu 2017-ci ilin yayında “Liverpul” klubundan transfer edilib. O, ötən il bu klubun heyətində 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Yarımmüdafiəçi Braziliya millisinin heyətində 24 oyun keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.