QAN YADDAŞI


Lvovda Xocalı soyqırımına həsr olunmuş beynəlxalq seminar keçirilib

Lvov, 19 fevral, AZƏRTAC

Ukraynanın Lvov şəhərində “Xocalı soyqırımının hüquqi aspektləri” mövzusunda beynəlxalq seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi, “Lvov Politexnik” Milli Universiteti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin gənclər departamenti və UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən seminarda Ukrayna Xarici İşlər Nazirliyi, UNESCO, beynəlxalq təşkilatların nümayəndələri, deputatlar, Ukrayna hərbiçiləri, yüksək rütbəli şəxslər, diaspor təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən ehtiyatda olan general polkovnik İvan Ploxotnyuk ötən əsrin 90-cı illərində Azərbaycan ərazisində xidməti zamanı SSRİ rəhbərliyinə Ermənistanın işğalçılıq siyasətinə dair müraciəti haqqında məlumat verib. O müraciətində ermənilərin əməlləri barədə danışıb, Ermənistanı insanlığa və bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edib.

Xocalı soyqırımının artıq bir çox ölkələrin və beynəlxalq təşkilatların tanıdığını qeyd edən Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov Ermənistanın Azərbaycana qarşı tarixən apardığı soyqırımı siyasəti barədə məlumat verib.

Tədbirdə çıxış edən “Lvov Politexnik” Milli Universitetinin prorektoru Oleq Matviykiv, UNESCO-nun nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının rektoru, Ukraynanın Əməkdar jurnalisti, ehtiyatda olan general-leytenant Vasil Tarçineç, Xocalı soyqırımı şahidi, ukraynalı pilot, polkovnik Leonid Kravets, UNESCO-nun Ukrayna üzrə nümayəndəsi Kot Mixaylo, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin gənclər departamentinin rəhbəri Şəhriyar Məhərrəmov, Konqresin Lvov şəhər təşkilatının sədri Teymur Məmmədov Xocalı soyqırımına dair faktlara toxunublar. Bildirilib ki, XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının günahkarları layiqli cəzalarını almalıdırlar. Vurğulanıb ki, Xocalı soyqırımı təkcə Azərbaycana qarşı deyil, insanlığa və bəşəriyyətə qarşı törədilib.

Ukrayna Xarici İşlər Nazirliyinin Lvov üzrə nümayəndəsinin müavini Zinoviy Qoşovskıy də tədbirdə iştirak edib və seminar UNESCO-nun Ukraynadakı təmsilçiləri tərəfindən dəstəklənib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Lvov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.