SİYASƏT


MAHİR HƏMZƏYEV LİTVA MİLLİ İCMALARI ŞURASINA RƏHBƏRLİK EDİR

Vilnüs, 2 noyabr (AZƏRTAC). DELFİ portalının verdiyi xəbərə görə, Litva Respublikası Milli İcmaları Şurasına həmin ölkədəki Azərbaycan icmasının sədri Mahir Həmzəyev rəhbərlik etməyə başlamışdır.

Həmvətənimiz bu postda Litvadakı yəhudi icmasının nümayəndəsi Vitali Karakorskini əvəz etmişdir. Onun müavinləri Litvadakı “Daçiya” rumın mədəni icmasının sədri Luçiya Bartkene və Vilnüsdəki Ukrayna icmasının sədri Natalya Şervitenedir. Litva Baş nazirinin hüquqi səlahiyyətində olan milli azlıqların məsələlərinin əlaqələndirilməsi üzrə Komissiyaya altı nümayəndə seçilmişdir.

M.Həmzəyevin bildirdiyinə görə, qarşıya qoyulan məqsəd bütün milli azlıqların fəaliyyətinin ümumi ev – Litva naminə birləşdirilməsi, habelə bütün milli azlıqlara inamın bərpa edilməsi və möhkəmləndirilməsidir. M.Həmzəyev bu istiqamətdə inam köpüsü yaratmaq, əlaqələrin qarşılıqlı olmasına və konkret nəticələr verməsinə nail olmaq niyyətindədir.

M.Həmzəyev hesab edir ki, güclü milli icmalar güclü dövlət, güclü dövlət isə güclü milli icmalar deməkdir.

Milli İcmalar Şurası 2003-cü ildə Milli Azlıqlar və Mühacirət Departamenti yanında məşvərət orqanı kimi yaradılmışdır. Şuranın əsas məqsədi milli özünüdərkin qorunub saxlanmasını və möhkəmləndirilməsini təmin edən milli icmaların mədəni inkişafının təşviqi, habelə Litvanın dünya millətlərinin mədəni həyatında bərabərhüquqlu iştirak etməsidir. Litvadakı bütün milli azlıqların nümayəndələri Şurada təmsil olunmuşlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.