CƏMİYYƏT


M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində həkim-rezidentlər üçün mühazirə və kurslar keçiriləcək

Bakı, 20 fevral, AZƏRTAC

M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ümumi cərrahiyyə, mamalıq-ginekologiya və urologiya ixtisasları üzrə təhsil alan həkim-rezidentlər üçün ümumi və laparoskopik cərrahiyyə üzrə silsilə interaktiv mühazirə və kurslar təşkil edilir.

AZƏRTAC xəbər verir ki, “Açıq və laparoskopik cərrahiyyədə istifadə edilən müasir düyünvurma texnikaları” mövzusunda ilk mühazirə martın 3-ü saat 15-də keçiriləcək. Mühazirəçi M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin elmi katibi, professor Qurbanxan Müslümovdur.

Mühazirələrdə gurbanmuslumov.com/leksiyalar/, kurslarda iştirak etmək üçün https://bit.ly/fevralkurslari linki vasitəsilə qeydiyyatdan keçməklə iştirak etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.