CƏMİYYƏT


MDB-də yoluxucu xəstəliklərin yayılmasına qarşı mübarizə üzrə birgə səylər artırılır

Bakı, 4 iyun, AZƏRTAC

MDB Hökumət Başçıları Şurasının mayın 28-də keçirilmiş iclasında MDB iştirakçısı olan dövlətlərin yoluxucu xəstəliklərin yayılmasına qarşı mübarizə üzrə birgə fəaliyyətlərinin ortamüddətli planı təsdiq edilib.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sənəd MDB Hökumət Başçıları Şurasının yeni koronavirus infeksiyasının yayılması ilə əlaqədar Bəyanatındakı müddəaların həyata keçirilməsi məqsədilə Səhiyyə Sahəsində Əməkdaşlıq Şurası tərəfindən hazırlanıb.

Bəyanatda qeyd edilir ki, yeni COVID-19 koronavirus infeksiyası bütün bəşəriyyət üçün ciddi təhlükədir. Bu infeksiyanın yayılması qlobal səhiyyə sisteminə, habelə dünya iqtisadi, maliyyə və ticarət sisteminə təhdiddir. Bununla əlaqədar, Birlik ölkələrinin ərazisində yoluxucu xəstəliklərin yayılmasına qarşı mübarizə üzrə ortamüddətli birgə fəaliyyət planının işlənib hazırlanması birinci dərəcəli vəzifələrdən biri hesab edilir. MDB dövlətlərinin bu sahədə potensialını artırmalı olan bu plana əsasən, beş istiqamət üzrə 20-dən çox qarşılıqlı əlaqəli tədbirin həyata keçirilməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.