REGİONLAR


MDU-da təlim: Layihələrin yazılması və idarə edilməsi

Bakı, 27 noyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Layihələrin yazılması və idarə olunması” mövzusunda təlim keçirilib. Təlimdə universitetin tələbə və magistrantları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, MDU-nun II kurs magistrantı Şahlar Mirzalıyev təqdimatla çıxış edərək ideyanın formalaşması və layihəyə uyğunlaşdırılması, layihənin yazılması mərhələləri və idarə edilməsi xüsusiyyətləri barədə ətraflı məlumat verib və tələbələrin suallarını cavablandırıb.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.