İDMAN


MEYDANÇADA FUTBOL KÖYNƏYİNİ ÇIXARAN OYUNÇU CƏZALANDIRILACAQ

AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Portuqaliyada keçiriləcək Avropa çempionatı ərəfəsində UEFA hakimlər üçün təlimatlar hazırlamışdır. Bununla əlaqədar keçirilən seminarda açıqlanmış təlimatlarda vurduğu qoldan sevincək olub futbol köynəyini əynindən tam çıxaran futbolçulara xəbərdarlıq ediləcəkdir. Qalan digər yarışlarda bu qayda iyulun 1-dən qüvvəyə minəcəkdir.

Hakimlərə xatırlatmışlar ki, onlar rəqiblərinin zədələnməsi ilə nəticələnə biləcək kobud hərəkətlərə görə futbolçuları oyundan kənarlaşdırmaqla cəzalandırmalıdırlar. Hakimin lazımi məsafədə “canlı divar” qurmasına mane olan futbolçulara sarı vərəqələr göstərilməlidir. Top uğrunda mübarizədə qəsdən yıxılan, rəqibini tutub saxlayan futbolçular da belə cəzalandırılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.