Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

MİLLİ MƏCLİSİN AŞPA-DAKI NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI İLHAM ƏLİYEVİN CNN-TÜRK TELEKANALINA MÜSAHİBƏSİ

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı İlham Əliyev yanvarın 22-də Strasburqda CNN-Türk telekanalına canlı yayımda müsahibə vermişdir. 

SUAL: Cənab İlham Əliyev, Avropa Şurası Parlament Assambleyasında iddia edilir ki, Azərbaycanda siyasi məhbuslar var. Mətbuatda verilən xəbərlərə görə, siyasi məhbusların azad edilməməsi AŞPA ilə Azərbaycan arasında əlaqələrə təhlükə törədə bilər.

Cənab İlham Əliyev, siyasi məhbuslar məsələsi nədən ibarətdir? Azərbaycan AŞPA-dan nələr gözləyir?

CAVAB: Axşamınız xeyir. Düz bir il bundan öncə Azərbaycan Avropa Şurasına üzv oldu. Bu bir il müddətində Azərbaycanın Avropa strukturlarına inteqrasiya olunması prosesi çox sürətlə getmişdir. Bir il ərzində biz Azərbaycan cəmiyyətinin demokratikləşməsində çox böyük uğurlar əldə etmişik.

Sizin qeyd etdiyiniz məsələ indiki sessiyanın gündəliyinə salınmışdır. Biz hesab edirik ki, bu, Azərbaycana qarşı çox ədalətsiz mövqedir. Çünki Azərbaycanda siyasi məhbuslar yoxdur. Ümumiyyətlə, dünyada siyasi məhbus anlayışı mövcud deyildir. Ona görə də biz Azərbaycana qarşı hansısa xüsusi bir meyarla yanaşmağı ədalətsiz addım hesab edirik. Biz burada öz sözümüzü demişik, deyirik və gələcəkdə də deyəcəyik. Əgər kimsə hansısa məhbuslar barədə narahatdırsa, biz hər bir məsələni yalnız və yalnız hüquqi müstəvidə araşdırmağa hazırıq. Buna siyasi don geyindirmək düzgün deyildir.

SUAL: Hörmətli İlham Əliyev, Azərbaycan ilə Türkiyəni yaxınlaşdıran bir çox məsələlərdən biri də Bakı-Tbilisi-Ceyhan layihəsidir. Möhtərəm Heydər Əliyev bu layihə ilə bağlı maneələrin aradan qaldırılması və onun reallaşması üçün çox böyük səylər göstərmişdir. Bu maneələr bir çox ölkələr, xüsusən Rusiya tərəfindən oldu və cənab Heydər Əliyev onların qarşısını məharətlə aldı. Hazırda Rusiyanın “Lukoyl” şirkəti bu kəmərin çəkilməsində iştirak etmək istədiyini bildirmişdir. Sizcə, Bakı-Tbilisi-Ceyhan layihəsi ilə bağlı maneələrin aradan qalxdığını deyə bilərikmi? Bu barədə nə deyə bilərsiniz?

CAVAB: Mən hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin qarşısında heç bir əngəl yoxdur. Azərbaycan Prezidenti Heydər Əliyev bu strateji seçimini hələ 1994-cü ildə etmişdir. O zaman bildirmişdir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanın neft strategiyasının əsas tərkib hissəsidir. Prezidentimiz 1994-cü ildən indiyədək bu istiqamətdə çox böyük işlər görür. Düzdür, müəyyən qüvvələr bu müddət ərzində müxtəlif əngəllər törətmək istəmişlər. Lakin Azərbaycanın siyasi iradəsi bütün bu əngəlləri aradan götürmüşdür. Biz indi deyə bilərik ki, Bakı-Tbilisi-Ceyhan layihəsi artıq reallığa çevrilmişdir. Bu bir gerçəklikdir və onunla hər kəs hesablaşmalıdır. İnşallah, bir neçə aydan sonra tikinti işləri başlanacaq və boru kəməri tezliklə inşa olunub istismara veriləcəkdir.

SUAL:  Cənab İlham Əliyev, siz həm Azərbaycanın, həm də Azərbaycanın üzv olduğu Avropa Şurasının siyasi aləmində xüsusi yeri olan önəmli bir şəxsiyyətsiniz. Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi barədəqısaca nə deyə bilərsiniz?

CAVAB: Bunu bir-iki cümlə ilə söyləmək çox çətindir. Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Bizim kökümüz də, dilimiz də, dinimiz də birdir. Biz qardaşıq, bir-birimizə qardaş kimi baxırıq. Türkiyə-Azərbaycan müttəfiqliyi, strateji tərəfdaşlığı artıq reallıqdır. Sadəcə olaraq, hər bir vətəndaş, Türkiyə vətəndaşı, Azərbaycan vətəndaşı – öz vəzifəsindən asılı olmayaraq, bu münasibətləri, qardaşlığı daha da möhkəmlətməlidir.

Mən hesab edirəm ki, Azərbaycan ilə Türkiyənin bugünkü və gələcək əlaqələri daim yüksək səviyyədə olacaq və gələcək nəsillər  də bu qardaşlığı davam etdirəcəklər.

JURNALİST: Hörmətli İlham Əliyev, proqramımızda iştirak etdiyinizə, suallarımıza ətraflı cavab verdiyinizə və fikirlərinizi bizimlə bölüşdüyünüzə görə sizə çox minnətdarıq. Gecəniz xeyrə qalsın.

İLHAM ƏLİYEV: Təşəkkür edirəm, gecəniz xeyrə qalsın.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub