Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİ NAMİQ ABBASOVUN BƏYANATI

Son zamanlar respublikamızda radikal müxalifəti təmsil edən bəzi mətbuat orqanlarında PKK terrorçu təşkilatının fəaliyyəti və guya ölkə rəhbərliyinin bu təşkilatı dəstəkləməsi haqqında geniş şəkildə məqsədyönlü kampaniya aparılır. Bu kampaniyanın əsas məqsədi dövlət rəhbəri kimi Azərbaycan Prezidenti Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz naminə xidmətləri sayəsində illərlə qazandığı sağlam imicinə zərbə vurmaq, 2003-cü seçki ilində onun geniş sosial bazasını zəiflətmək, beynəlxalq aləmin, xüsusən qardaş Türkiyənin rəsmi dairələrində, geniş ictimaiyyətində ölkəmizin başçısına mənfi münasibət formalaşdırmaqdan ibarətdir. 

Radikal müxalifəti təmsil edən Müsavat, ADP rəhbərləri, xaricdə gizlənmiş A.Mütəllibovun bəzi tərəfdarları və digər siyasi partiya rəsmiləri heç bir məsuliyyət hiss etmədən, qəsdən müxtəlif səpkili bəyanatlar verərək, həm ictimaiyyəti çaşdırmağa cəhd göstərir, həm də ölkəmizin beynəlxalq imicinə, xarici dövlətlərlə münasibətlərinə ciddi xələl gətirirlər. Təəssüflər olsun ki, onların bu bəyanatları və mülahizələri bəzi mətbuat orqanları tərəfindən geniş işıqlandırılır, dəqiqləşdirilmədən geninə-boluna yayılır. Bununla da, Heydər Əliyevin ciddi səyi və həyata keçirdiyi mühüm tədbirlər nəticəsində dünyada antiterror koalisiyasının fəal üzvü kimi tanınmış Azərbaycan, siyasi ambisiyasına hər şeyi qurban verməyə hazır olan bir neçə radikal partiya rəhbərinin və onlara xidmət edən bəzi mətbuat orqanlarının səyi ilə terroru dəstəkləyən ölkə kimi təbliğ olunur. Bu, əsl antidövlət və antixalq fəaliyyətidir ki, MTN buna biganə qala bilməz.

Son günlər əllərinə xüsusi fürsət düşübmüş kimi, bu şəxslər elə bil Azərbaycanın beynəlxalq nüfuzuna daha güclü zərbə vurmaq yarışına çıxıblar. Xüsusən Türkiyənin Ədalət və İnkişaf Partiyasının başçısı Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı Milli Məclisin sədri Murtuz Ələsgərov ilə görüşdə işlətdiyi bir neçə sözü bayraq edərək, bu şəxslər ölkəmizə və xalqımıza nə qədər zərbə vurduqlarının fərqinə varmadan məsuliyyətsiz bəyanatlar yayırlar. Bu işdə onlar hətta torpaqlarımızı işğal etmiş düşmən təbliğatından, beynəlxalq erməni lobbisinin dezinformasiya xidmətindən də çəkinmədən istifadə edirlər. Məqsəd budur: nə qədər Azərbaycana pis olsa, onun iqtidarına da pis olacaq, deməli, müvafiq olaraq müxalifətə yaxşı olacaq.

Milli təhlükəsizlik naziri kimi mən belə məsuliyyətsiz bəyanat və yazı sahiblərini bir daha öz əməllərinə qiymət verməyə və rəsmi məsuliyyətə dəvət edirəm. Azərbaycanda yaşayan kürd əsilli vətəndaşların hamısının və yaxud bir qisminin heç bir əsas olmadan terrorçu olmasını iddia etmək, onları PKK ilə eyniləşdirmək, respublikada milli etimadsızlıq yaratmaq, milli ədavəti qızışdırmaq həm cinayətdir, həm də Azərbaycanın düşmənlərinin birbaşa xidmətində durmaqdır.

Yaxud xarici iş adamlarını, xüsusən dost Türkiyədən ölkəmizə gəlmiş sərmayəçiləri, digər vətəndaşları milli mənsubiyyətinə, yaxud da hansısa şəxsi, subyektiv mülahizələrə görə PKK-çı kimi qələmə verməyə heç kimin haqqı yoxdur. Bu, həm Azərbaycanın demokratik qanunlarına, dövlət maraqlarına daban-dabana ziddir, həm də xarici sahibkarların ölkə iqtisadiyyatına sərbəst yatırımlarına ciddi maneə törədə bilər. Digər tərəfdən,Azərbaycan dünyaya inteqrasiya olunmuş azad, demokratik və açıq bir dövlətdir. Heç bir daxili və beynəlxalq qanun, konvensiya heç kəsə hüquq vermir ki, ölkəyə gələn xarici vətəndaşların milli mənsubiyyətini araşdırsın, milli mənsubiyyətindən asılı olaraq, onun fəaliyyətinə münasibət bildirsin. İstər ölkə vətəndaşına, istərsə də əcnəbilərə münasibət yalnız Azərbaycanın qanunlarına, götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq müəyyənləşir.

O ki qaldı hörmətli R.T.Ərdoğanın ifadələrinə, az-çox savadı və təhlil qabiliyyəti olan hər bir şəxs dərhal anlayır ki, bu ifadələrlə o, Azərbaycanda PKK-nın fəaliyyət göstərməsini nəinki təsdiqləmir, heç buna işarə belə etmir. Əvvəla, R.T.Ərdoğan öz çıxışında Türkiyə ilə çiyin-çiyinə terrorçuluğa, o cümlədən PKK-ya qarşı mübarizə apardığına görə Azərbaycan rəhbərliyinə öz xüsusi təşəkkürünü bildirir. Digər tərəfdən, son illər Türkiyədə xüsusi zərbə alan PKK-nın bütün dünyada, Avropada, MDB məkanında, Qafqazda, o cümlədən Azərbaycanda gizli fəaliyyət qurmaq cəhdlərini, ayrı-ayrı ad altında çalışması ehtimalını qardaş ölkənin rəsmi dairələrinə çatdırır. Burada təəccüblü nə var? Türkiyənin hörmətli səfiri Ə.Ü.Çeviközün iki gün sonra müxalifətin PKK şousuna və Azərbaycan-Türkiyə münasibətlərini açıq-aşkar korlamaq cəhdlərinə cavab olaraq, televiziya və mətbuatda verdiyi açıqlama və izahatı dinləyərkən, ölkəmizi PKK-nı dəstəkləməkdə günahlandıran bəzi müxalifətin nə qədər miskin olduğunu görməmək mümkün deyil.

Dövlət başçısını, hansısa dövlət rəsmisini qəbul etməmək, ona qarşı istənilən vasitələrlə mübarizə aparmaq, hətta etik normaları belə aşmaq qeyri-qanuni olsa da, indiki Azərbaycan şəraitində müəyyən qədər başa düşülə bilər. Amma vətəndaşı olduğu ölkənin, nümayəndəsi olduğu xalqın milli marağına və imicinə bu qədər ağır zərbə vurmağı ancaq vətəndaş məsuliyyətini itirmiş adamlar edə bilər.

11 sentyabrdan sonra öz qətiyyətli mövqeyi və tədbirləri ilə Azərbaycanı dünyada terror əleyhinə mübarizə aparan lider ölkələr sırasına çıxarmış Heydər Əliyevi ləkələmək xatirinə bu gün müxalifətin apardığı kampaniya və PKK şousu ermənilər və onlara dəstək verən qüvvələr üçün göydəndüşmə bir xidmətdir. Bütün dünya ermənilərinin Ermənistanı terroru dəstəkləyən ölkələr siyahısından çıxarmağa və həmin siyahıya Azəbaycanı daxil etməyə çalışdığı bir vaxtda bizim müxalifətin bu fəaliyyətinə nə ad vermək olar?

 

Onsuz da erməni lobbisinin güclü təsiri ilə beynəlxalq aləmdə ayrı-ayrı səviyyələrdə həyata keçirilən müxtəlif standartlı yanaşmalar, dini ayrı-seçkilik Azərbaycanın milli və dövlət maraqlarının reallaşması yolunda ciddi maneələr yaradır. Azərbaycanın ədalətli mövqeyi və hüquqları bu qeyri-standart yanaşmaya görə çox çətinliklə dəstəklənir. Belə bir vəziyyətdə ölkəmizin ABŞ, Türkiyə və antiterror koalisiyasının üzvü olan digər dövlətlərlə münasibətlərini qəsdən korlamağa xidmət edən insanlar, erməni dəyirmanına su axıdan partiyalar, mətbuat orqanları təkcə qanundan deyil, həm də vətəndaş qınağından, ictimai nifrətdən çəkinməlidirlər.

Milli Təhlükəsizlik Nazirliyinin bütün şəxsi heyəti və şəxsən öz adımdan birmənalı bəyan edirəm ki, Azərbaycanda PKK bir təşkilat kimi olmayıb, yoxdur və bundan sonra da olmayacaq. Bununla bağlı biz hələ keçən il bəzi müxalifət mətbuatında PKK şousu aparılarkən bəyanat vermişdik. Əlbəttə, PKK bütün dünyaya yayılmış terrorçu bir təşkilat kimi Azərbaycanda da fəaliyyət göstərməyə cəhd edə bilər. Bütün dünya ölkələrində, Azərbaycanda, elə Türkiyənin özündə də PKK-ya rəğbəti olan, ona yardım göstərməyə çalışan, yaxud göstərən insanlar mövcud ola bilər. Bütün bu hallar hüquq-mühafizə orqanlarının əməliyyat nəzarətindədir və tənzimlənir. Təşkilat kimi fəaliyyət göstərmək üçün onun müvafiq təşkilati strukturları, gizli və ya açıq təbliğat vasitələri və s. zəruri mexanizmləri olmalıdır. Azərbaycanda bunların heç biri yoxdur. Odur ki, PKK şousu respublikamızda kənardan, süni surətdə qızışdırılan, qəsdən gündəlikdə saxlanılan və müəyyən qeyri-sağlam məqsədlər üçün aparılan bir kampaniyadır.

Azərbaycan Prezidenti Heydər Əliyev dəfələrlə bəyan edib ki, biz hər zaman bütün terrorçu təşkilatlarla, o cümlədən qardaş Türkiyənin ərazi bütövlüyünə qarşı çıxış edən PKK ilə mübarizə aparmışıq, aparırıq və aparacağıq. MTN ölkə başçısının bu mövqeyini öz fəaliyyətində əsas götürərək istənilən terrorçu qurumun, o cümlədən PKK-nın hər hansı bir formada ölkəmizdə fəaliyyət göstərməsinə, dost və qardaş Türkiyəyə qarşı mübarizədə Azərbaycan ərazisindən istifadə etməsinə imkan verməyəcəkdir. Eyni zamanda, MTN heç bir şəxsə, quruma, siyasi partiya və mətbuat orqanına imkan verə bilməz ki, öz məsuliyyətsiz çıxışları, bəyanatları və böhtanları ilə Azərbaycanı beynəlxalq aləmdə terroru dəstəkləyən ölkə kimi təqdim etsin. Təəssüflər olsun ki, Müsavat, ADP və digər partiya rəhbərləri və onlara məxsus bəzi mətbuat orqanları bu gün məhz belə fəaliyyətlə məşğul olurlar. Odur ki, MTN onların bugünkü fəaliyyətini yalnız antiazərbaycan fəaliyyəti kimi qiymətləndirir və buna qarşı qanunun bütün imkanlarından istifadə edərək mübarizə aparacağını bəyan edir.

Bir faktı da xüsusi vurğulamağı özümə borc bilirəm. 1993-cü ilin iyun ayından başlayaraq, Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət, ölkəmizin Prezidenti Heydər Əliyevin fəaliyyəti, müstəqil dövlət quruculuğu prosesində reallaşdırdığı böyük işlər, respublikamızın beynəlxalq aləmə çıxarılması və özünə layiq yer tutması ilə bağlı atdığı addımlar Azərbaycan xalqının milli maraqlarına tam cavab verir və onun inkişafına xidmət edir. Bu işlər bu gün də davam edir və hansısa siyasi ambisiyalarını, şəxsi maraqlarını güdən məsuliyyətsiz insanlar, yaxud qurumlar tərəfindən bu böyük işlərə xələl gətirilməsi cəhdlərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Namiq Abbasov

Azərbaycan Respublikasının

milli təhlükəsizlik naziri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq

Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır

Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Prezident İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

AQTA: Monitorinqlər zamanı 29 müəssisədə nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar

Aşqarlar Kimyası İnstitutunda tədbir: “Vətənə, xalqa həsr edilən ömür”

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb