Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

MİNGƏÇEVİRDƏ HEYDƏR ƏLİYEV MUZEYİ AÇILMIŞDIR

MİNGƏÇEVİRDƏ HEYDƏR ƏLİYEV MUZEYİ AÇILMIŞDIR

Mingəçevir, 3 mart (AZƏRTAC). Martın 3-də Mingəçevirdə Heydər Əliyev muzeyinin açılışı olmuşdur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etdilər.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və muzeylə tanış oldu.

2006-cı ildə inşa olunmuş muzeyin binası ötən il yenidən qurulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Muzeydə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən çoxsaylı fotoşəkillər arasında 1981-ci ildə Mingəçevirə ilk səfəri ilə bağlı fotolar xüsusi yer tutur. Ümummilli lider o vaxt Azərbaycan DRES-in birinci enerji blokunun işə salınmasında iştirak etmişdi.

Muzeyin kompyuter otağında məşğələlər keçirilir. Kompyuterlər internetə qoşulmuşdur, yaxın vaxtlarda muzeyin saytının yaradılması da nəzərdə tutulmuşdur. Məktəblilər və tələbələr burada Heydər Əliyev irsini öyrənirlər. Yaradıcılıq otağında məktəblilərin 100-dək rəsm əsəri, heykəltəraşlıq işləri nümayiş etdirilir. Kitabxana fondunda 600-ə yaxın ədəbiyyat vardır. Muzeydə müxtəlif tədbirlərin keçirilməsi üçün akt salonu da vardır. Burada “Heydər Əliyev məktəbi”nin məşğələləri də keçirilir.

Muzeylə tanışlıqdan sonra Prezident İlham Əliyev xatirə kitabına ürək sözlərini yazdı.

Sonra dövlətimizin başçısı muzeyin qarşısında şəhər ictimaiyyətinin nümayəndələri ilə söhbət etdi.

Azərbaycanın digər bölgələri kimi Mingəçevirin də sürətlə inkişaf etdiyini bildirən Prezident İLHAM ƏLİYEV dedi:

- Sizi ürəkdən salamlayıram və muzeyin açılışı münasibətilə təbrik etmək istəyirəm. Şəhərdə gedən bütün abadlıq-quruculuq işləri məni çox sevindirir. Mingəçevir doğrudan da gözəl, müasir şəhərə çevrilibdir. Burada həm gözəl abadlıq işləri aparılır və şəhərin normal inkişafı üçün lazımi tədbirlər görülür, həm də yeni müəssisələr, zavodlar, fabriklər açılır və bu, şəhərin sənaye potensialını möhkəmləndirir. Eyni zamanda, Mingəçevirin gözəl, təbii imkanlarından da səmərəli istifadə olunmalıdır. Buranı gözəl turizm zonasına çevirmək üçün lazımi addımlar atılır və gələcəkdə daha böyük tədbirlər görüləcəkdir. Mənə verilən məlumata görə, burada inşa edilən yeni mehmanxanalar yüksək standartlara cavab verir, onların biri ilə bu gün tanış olacağam. Kür avarçəkmə bazasının tikintisi uğurla gedir. Bilirsiniz ki, bu, vaxtilə sovet məkanında nadir bir baza idi. Yəni onun analoqu yox idi və bu gün də yoxdur. Amma uzun illər istifadəsiz qalmışdı. Vaxtilə bazanın yenidən qurulması ilə əlaqədar bütün beynəlxalq idman qurumlarına bizim müraciətlərimiz cavabsız qalmışdı və ancaq Azərbaycanın öz daxili imkanları hesabına bu bazanın yenidən qurulmasına nail olduq. İndi orada ən yüksək səviyyədə tikinti işləri aparılır. Həm idmanla məşğul olmaq üçün, həm də ki, şəhərin turizm imkanlarını genişləndirmək üçün bu gözəl bazanın böyük əhəmiyyəti var.

Hər bir şəhərin inkişafı insanların yaşayış səviyyəsi ilə, bu meyarlarla ölçülür. Mən çox istəyirəm ki, burada insanların yaxşı yaşaması üçün bütün lazımi şərait yaradılsın. Təmir edilmiş binalar, salınan gözəl yollar, abadlıq işləri, gözəl xiyabanlar və sair – bu şəhərdə insanların yaşaması üçün lazım olan tədbirlər görülür və gələcəkdə Azərbaycanın iqtisadi imkanları genişləndikcə, əlbəttə ki, siz bunu daha da böyük dərəcədə görəcəksiniz. Siz - Mingəçevir sakinləri yəqin ki, bu gün şəhərdə baş verən dəyişiklikləri görürsünüz və bir daha demək istəyirəm ki, bütün bunlar Azərbaycanda aparılan islahatlarla bağlıdır. Bizim iqtisadi gücümüz artır, büdcə xərcləri artır, bölgələrə ayrılan xərclərin miqdarı artır və bunun hesabına biz gözəl işlər görürük. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının birinci hissəsi başa çatıbdır. Bu yaxınlarda proqramın yekunları geniş müzakirə edilib, proqramda nəzərdə tutulmuş bütün vəzifələr icra olunubdur. Amma bu, o demək deyil ki, bütün məsələlər həll edilmişdir. Gələcəkdə bizi böyük işlər gözləyir. Növbəti beş ildə bu vaxta qədər həll edilməmiş problemlərin əksəriyyəti həll olunmalıdır. Biz bu məsələləri həll etmək üçün bölgələrdən bütün lazımi məlumatı əldə etmişik, o cümlədən Mingəçevir şəhərinin növbəti beş il ərzindəki inkişafı ilə bağlı təkliflər verilibdir. Bütün bu təkliflər bu yaxınlarda qəbul olunacaq ölkəmizin beşillik inkişaf proqramına daxil edilib və beləliklə, növbəti beş il ərzində plan üzrə konkret tədbirlər görüləcəkdir.

Əlbəttə ki, Mingəçevir şəhərinin gözəl tarixini, Azərbaycan üçün strateji şəhər olduğunu nəzərə alaraq, ona xüsusi diqqət göstəriləcəkdir. Bu sahədə biz hamımız - həm yerli icra orqanları, həm fəallar, vətəndaşlar fəal işləməliyik ki, Mingəçevir daha da gözəlləşsin, daha da abadlaşsın və insanların yaşaması üçün burada daha da gözəl şərait yaradılsın.

Şəhər sakini TƏHMASİB HÜSEYNOV Mingəçevirə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək dedi:

- Möhtərəm cənab Prezident, icazənizlə, Sizin və Mehriban xanımın Mingəçevir şəhərinə gəlişiniz münasibətilə mingəçevirlilər adından sizə “Xoş gəlmisiniz!” deyim. Bildiyiniz kimi, Mingəçevir şəhəri Azərbaycan Respublikasının energetika mərkəzi sayılır. Mingəçevir şəhərinin və energetikamızın inkişafında ümummilli liderimizin böyük zəhməti olmuşdur və onun adı ilə bağlıdır. Belə ki, hələ sovetlər dövründə ümummilli liderimiz Azərbaycanın bu gününü düşünərək, digər sahələr kimi, energetika sahəsinin də müstəqilliyini təmin etmək üçün çox böyük işlər görmüşdür. Bu işlərə bariz nümunə kimi, Mingəçevir şəhərində hazırda fəaliyyət göstərən və Azərbaycan Respublikasının elektrik enerjisinin 50 faizindən çoxunu verən Azərbaycan İstilik Elektrik Stansiyası hələ o vaxtlar layihələndirilən zaman başqa respublikalarda tikilməsinə cəhdlər olanda ulu öndərimizin təkidi və qətiyyəti nəticəsində həmin stansiya şəhərimizdə tikilmişdir. 1981-ci il oktyabrın 20-də həmin stansiyanın birinci enerji blokunun açılışı münasibətilə ulu öndərimiz şəhərimizdə olmuşdur. Möhtərəm Prezident, çox fərəhləndirici haldır ki, həmin tarixi Siz energetiklərin peşə bayramı günü elan edib onu bizə bəxş etmisiniz. Energetiklər adından Sizə dərin minnətdarlığımızı bildirmək istəyirəm.

Möhtərəm cənab Prezident, energetikanın ulu öndərimizin dövründə inkişafı sayəsində Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra digər respublikaların enerji asılılığından xilas oldu. Siz isə hakimiyyətə gəldikdən sonra Azərbaycan İstilik Elektrik Stansiyasına yeni bir nəfəs verdiniz. Belə ki, 2005-ci ildə beşinci enerji blokunun yenidən qurulması nəticəsində onun gücü 180 meqavatdan 330 meqavata çatdırıldı. Sizin tapşırığınızla hazırda digər enerji blokunda yenidənqurma işləri müvəffəqiyyətlə gedir.

Möhtərəm cənab Prezident, energetikanın inkişafı ilə bərabər, digər bölgələrdə olduğu kimi, bizim şəhərimizdə də böyük abadlıq-quruculuq işləri gedir. Bu işlər Mingəçevir şəhərini daha da gözəlləşdirir. Bütün bunlar biz sakinləri sevindirir. Ötən illərdə şəhərimizdə 7000-dən çox yeni iş yerləri açılmış, yeni müəssisələr yaradılmış, insanların əmək haqqı, müavinətləri, pensiyaları dəfələrlə artmış, güzəranları yaxşılaşmışdır. Bütün bunlara görə biz, cənab Prezident, Sizə minnətdarıq və çox sevinirik ki, belə gözəl şəhərin sakinləriyik.

Cənab Prezident, yeri gəlmişkən, ölkəmizin təhsilinin, səhiyyəsinin və mədəniyyətinin inkişafında böyük işlər görmüş Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya mingəçevirlilər adından öz dərin minnətdarlığımızı bildirmək istəyirəm.

Cənab Prezident, Sizin apardığınız məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin bütün bölgələri inkişaf etməkdədir və biz əminik ki, gələcəkdə bu uğurlar davam edəcəkdir. Biz mingəçevirlilər Sizi sevirik, Sizə arxalanırıq. Tam əmin ola bilərsiniz ki, apardığınız qətiyyətli, uğurlu sosial-iqtisadi islahatlarda gördüyünüz bütün işlərdə biz mingəçevirlilər həmişə Sizinlə olacağıq.

İLHAM ƏLİYEV: Sağ olun, sizi bu yaxınlarda qeyd etdiyiniz şəhərin yubileyi münasibətilə təbrik etmək istəyirəm. Bu, gözəl tarixdir, Mingəçevir son 60 il ərzində böyük, gözəl şəhərə çevrilibdir. Heydər Əliyev muzeyində nümayiş etdirilən şəkillər dediyiniz məqamları əks etdirir. Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində Mingəçevirin energetika mərkəzinə çevrilməsi baş tutdu. Bildiyiniz kimi, o vaxt müxtəlif təkliflər var idi, stansiyanı başqa qonşu respublikalarda tikmək, bu işləri orada görmək planları var idi. Həmişə olduğu kimi, o vaxt da ulu öndərin respublika üçün lazım olan sənaye obyektlərini Azərbaycana gətirmək cəhdləri baş tutdu. Bu, təkcə elektrik stansiyası ilə bağlı deyil. Məsələn, o vaxt Dərin özüllər zavodunu Rusiyanın bir şəhərində quraşdırılması nəzərdə tutulurdu. Əgər o vaxt Heydər Əliyevin təkidi ilə Dərin Özüllər Zavodu məhz Bakıda tikilməsəydi, bu, son illər ərzində uğurla aparılan neft strategiyamızı ən azı 5-10 il dala salacaqdı. Məhz bu platformaların tikintisi imkanı bizə bu gözəl şəraiti yaratdı. Neftayırma zavodunun yenidən qurulması - əgər onun vaxtında bu məsələ həll olunmasaydı, bu gün biz yəqin ki, ölkəmizi neft məhsulları ilə təmin edə bilməzdik. O cümlədən Mingəçevirdə elektrik stansiyasının tikintisi və ondan sonrakı dövrlərdə onun gücünün artırılması Azərbaycanın bugünkü inkişafı üçün çox böyük əhəmiyyətə malik olan məsələdir. Əgər o vaxt stansiya tikilməsəydi, bizim enerji təhlükəsizliyimiz təmin olunmazdı. Baxmayaraq ki, bizim zəngin neft-qaz yataqlarımız var, ancaq əgər elektrik enerjisi hasil olunmasa, bunun heç bir əhəmiyyəti yoxdur.

Bu gün energetika sahəsinə xüsusi diqqət göstərilir. Deyə bilərəm ki, Mingəçevirin bu işlərdə yükü bir az azalıbdır. Çünki son illər ərzində ölkəmizin müxtəlif yerlərində tikilmiş yeni stansiyalar bu gücü öz üzərinə götürür, itkilər azalır və beləliklə, ölkənin elektrik enerjisi ilə təminatı daha da dayanıqlı olur. Ancaq bununla bərabər, siz qeyd etdiyiniz kimi, burada 5-ci blokda və ondan sonrakı illərdə görülən və görüləcək işlər stansiyanın tam şəkildə yenidən qurulmasına xidmət göstərəcəkdir.

Mingəçevir, əlbəttə, energetika şəhəri, energetiklər şəhəri kimi yarandı. Bu, gözəl tarixdir və bu tarix yaşayacaqdır. Amma çox istəyirəm ki, Mingəçevir bütün başqa sahələrdə də energetika sahəsindəki səviyyədə əldə edilmiş uğurlarla fərqlənsin və bunun üçün bütün imkanlar var. Şəhərin sənaye potensialının yaradılması, - bax bu gün bir neçə sənaye müəssisələri ilə tanış olacağıq: “İnterenerji”, İzolit, kompyuter zavodu, - yəni bütün bunlar Azərbaycanın bugünkü reallıqlarıdır. Kompyuter zavodunun burada açılması Azərbaycanın texnoloji tərəqqisinə xidmət göstərir və zavodun fəaliyyəti genişlənir.

Bir sözlə, bu şəhərdə həm abadlıq-quruculuq sahəsində, həm də sənaye potensialının inkişafı istiqamətində indiyə qədər görülən işlər məni çox qane edir. Bundan sonrakı illərdə elektrik enerjisinin istehsalı ilə bağlı bütün lazımi tədbirlər görüləcək, sənaye potensialının möhkəmlənməsi üçün əlavə tədbirlər görüləcəkdir. Mingəçeviri gözəl turizm mərkəzinə çevirmək üçün də yaxşı imkanlar var. Bax, bu istiqamətlərdə və əlbəttə ki, şəhər təsərrüfatının müasir səviyyəyə qaldırılması, yəni yüksək standartlara çatdırılması üçün əlavə tədbirlərin görülməsindən ötrü mərkəzdən əlavə vəsait ayrılacaqdır. Həmişə olduğu kimi, Mingəçevirə xüsusi diqqət göstəriləcəkdir. Bütün bu gözəl işlərdə sizə uğurlar, bütün Mingəçevir sakinlərinə cansağlığı və xoşbəxtlik arzulayıram. Sağ olun.

MÜBARİZ AĞAYEV (Şəhər icra hakimiyyətinin başçısı): Cənab Prezident, Siz mingəçevirliləri təbrik etdiniz. 10 noyabrda Mingəçevirin 60 illiyi münasibətilə 18 nəfəri fəxri adlara, mükafatlara layiq gördünüz. Biz o günü bayram etdik və həmin insanlar hamısı Sizə öz minnətdarlığını bildirdilər. Bu insanların hər zaman ulu öndərə böyük məhəbbəti olub, bu gün də həmin məhəbbətin davamı olaraq həmişə Sizə arxayıq.

X X X

Dövlətimizin başçısı və xanımı ictimaiyyətin nümayəndələri ilə xatirə şəkli çəkdirdi.

######

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş