SİYASƏT
MOSKVADA AZƏRBAYCAN-HİNDİSTAN MÜNASİBƏTLƏRİNİN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
R.Rizayev bildirmişdir ki, ölkələrimizin dövlətlərarası münasibətləri yüksək səviyyədədir və bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycan hökuməti ölkəmizin Hindistanda səfirliyinin açılması barədə qərar qəbul etmişdir və iki dost dövlət üçün əlamətdar olan bu hadisə münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldıracaqdır.
Hindistan Respublikasının səfiri Krişnan Raqhunath qeyd etmişdir ki, onun ölkəsi Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir və rəsmi Dehli öz siyasətində Azərbaycan dövləti ilə əməkdaşlığa ciddi yer ayırır. K.Raqhunath daim ümidvar olduğunu bildirmişdir ki, dövlətlərarası münasibətlər bundan sonra da fəal inkişaf edəcəkdir. Səfir demişdir ki, ölkəsinin rəhbərliyi Azərbaycanın Hindistanda səfirliyinin açılmasını yüksək qiymətləndirir və hesab edir ki, bu, ikitərəfli münasibətlərin inkişafına və dərinləşməsinə yeni təkan verəcəkdir.
Tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etmişlər.