DÜNYA


Macar ailələri istirahət və mədəni proqramlar üçün az pul xərcləyirlər

Budapeşt, 11 fevral, AZƏRTAC

Avropa İttifaqı üzrə Statistika Komitəsinin (Avrostat) Aİ məkanında ailələrin asudə vaxtının necə təşkil edilməsi barədə apardığı araşdırma nəticəsində məlum olub ki, Macarıstanda ev təsərrüfatlarının ümumi xərclərinin təqribən 7,2 faizi istirahət və mədəniyyət tədbirlərinə sərf edilir.

AZƏRTAC xəbər verir ki, bu göstərici regiondakı digər ölkələrlə müqayisədə aşağıdır. Avrostat xatırladır ki, 2007-ci ildə macarlar ev təsərrüfatlarının ümumi xərclərinin 8,2 faizi istirahət və mədəni tədbirlərə sərf edirdilər. Bu o deməkdir ki, 10 il ərzində xərclərin bu kateqoriyası düz 1 faiz azalıb.

Avropa İttifaqı məkanında ev təsərrüfatları özlərinin ümumi istehlak xərclərinin 8,5 faizini istirahətə və mədəni tədbirlərə sərf ediblər. Bütövlükdə bu məbləğ 710 milyard avrodan çoxdur. Beləliklə, həmin xərclər Aİ üzrə ÜDM-in 4,6 faizinə və ya Aİ-nin hər sakini üçün 1400 avroya bərabərdir. 2017-ci il üçün olan məlumata görə, ev təsərrüfatlarının istirahət və mədəni tədbirlər üçün xərcləri Çexiya Respublikasında 9 faiz, Polşada 8 faiz, Slovakiyada isə 10,4 faiz olub.

Avropa Statistika Komitəsinin ilkin hesablamalarına görə, Rumıniyada həmin göstərici 5,8 faiz olub. Ən aşağı göstərici (4,6 faiz) Yunanıstanda, ən yüksək göstərici isə (11,5 faiz) Danimarkada qeydə alınıb.

Pərvanə Qarayeva

AZƏRTAC –ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.