DÜNYA


Macarıstan bu il kollektiv immunitetə nail olmağı planlaşdırır

Budapeşt, 28 aprel, AZƏRTAC

Macarıstanda əhalinin koronavirusa qarşı peyvənd olunması üçün nəzərdə tutulan plan indiki templərlə yerinə yetirilərsə, ölkə artıq bu il kollektiv immunitetə nail ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bəyan edib.

Hökumət hesab edir ki, kollektiv immunitet üçün əhalinin 60-80 faizi peyvənd edilməlidir.

“Janssen” vaksininin ilk dozalarının qarşıdakı həftədə ölkəyə çatdırılacağı gözlənilir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.