İDMAN


Macarıstanda keçirilən Qran-Pri turnirində cüdoçumuz bürünc medal qazanıb

Bakı, 14 iyul, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə Qran-Pri yarışı davam edir.

AZƏRTAC xəbər verir ki, beynəlxalq turnirin ikinci günü Azərbaycan cüdoçusu Telman Vəliyev (73 kq) milli komandamızın aktivinə medal yazdırıb. İdmançımız Portuqaliya, Macarıstan, İsveç və Perudan olan rəqiblərinə qalib gələrək yarımfinala çıxıb. Bu mərhələdə Rusiya təmsilçisinə uduzan Telman Vəliyev üçüncü yer uğrunda görüşdə yaponiyalı Masaşi Ebinuma üzərində qələbə qazanaraq bürünc medala sahib olub.

Qeyd edək ki, Qran-Pri turnirində dünyanın 82 ölkəsindən 548 cüdoçu mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.