ELM VƏ TƏHSİL


Macarıstanda təqaüdlə təhsil almaq üçün müraciət edən namizədlərin müsahibəsinə başlanılıb

Bakı, 27 yanvar, AZƏRTAC

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2022-2023-cü tədris ili üzrə Macarıstanda təhsil almaq üçün müraciət edən və meyarlara uyğun gələn namizədlərlə müsahibələr başlanılıb.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsahibələr “Microsoft Teams” platforması üzərindən müvafiq ixtisas istiqamətləri üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələri, müvafiq sahələrin ekspertləri tərəfindən aparılır.

Müsahibə zamanı səs və video yazılışın aparılması səlahiyyəti yalnız Təhsil Nazirliyinə aiddir. Namizədin müsahibələrin səs və ya video yazılışı apararaq 3-cü tərəfə ötürməsi halı aşkarlanarsa, həmin şəxsin nəticəsi etibarsız hesab ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.