DÜNYA


Macarların əksəriyyətinin yalnız köhnə avtomobil almağa gücü çatır

Budapeşt, 7 yanvar, AZƏRTAC

Macarıstanda avtomobillərə tələbat artır. Eyni zamanda, adamların əksəriyyəti köhnə avtomobil axtarır. Ucuz avtomobillər kateqoriyasında "Suzuki Swift” və “Ford Focus” kimi modellər daha populyardır.

AZƏRTAC index.ru nəşrinə istinadla xəbər verir ki, 2018-ci ilin ilk üç rübü ərzində 104.617 yeni avtomobil satılıb. Bu, əvvəlki ilin müvafiq göstəriciləri ilə müqayisədə 26,5 faiz çoxdur.

Köhnə avtomobillərin idxalı 4 faiz artıb. Sentyabrın sonuna qədər 573.722 köhnə avtomobil yeni sahibini tapıb. Bu, 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13,7 faiz çoxdur. Beləliklə, ölkədə ən iri avtomobil bazarı işlədilmiş avtomobillər bazarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.