CƏMİYYƏT


Mağazalardan oğurluq etməkdə şübhəli bilinən qardaşlar yaxalanıblar

Bakı, 31 mart, AZƏRTAC 

Paytaxtda oğurluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi rayonunda dörd mağazadan dörd ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Cavadov və iki qardaşı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi və Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Onların ətraflarında aparılmış tədbirlərlə həmin şəxslərin Bakı şəhər sakini olan bir nəfərin 1455 manat dəyərində noutbukunu oğurlamaları da müəyyənləşdirilib.

Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayondakı evlərin birindən 3000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Nəsirova yaxalanıb.

Oğurluq etdiyinə görə tutulmuş F.Kərimovun ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun xətt avtobusunda sərnişinlərdən birinin cibindən mobil telefonunu oğurlaması da müəyyənləşdirilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.