ELM VƏ TƏHSİL


Magistrant və doktorantlar yataqxana ilə təmin ediləcəklər

Bakı, 3 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və Bakı Dövlət Universitetinin Elmi Şurasının oktyabrın 3-də keçirilən birgə iclasında akademiyanın gənc nəsildə elmə marağın formalaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışılıb.

Bu islahatların mühüm istiqamətlərindən biri kimi AMEA-nın magistrant və doktorantlarının tədris müddətində yataqxana ilə təmin edilməsinin vacib olduğu vurğulanıb. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

İclasda akademiyada təhsil alan magistrant və doktorantlarının sosial problemlərinin aradan qaldırılması üçün onların tədris müddəti ərzində yaşayış yeri ilə təmin edilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.