MƏDƏNİYYƏT


Mahnı Teatrı yeni mövsümün açılışına hazırlaşır

Bakı, 11 sentyabr, AZƏRTAC

R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı sentyabrın 18-də yeni teatr mövsümünü açıq elan edəcək. Həmin gün teatrın musiqiçi kollektivinin repertuarında möhtəşəm konsert proqramı təqdim olunacaq.

Bu sözləri AZƏRTAC-a teatrın direktor müavini İlqar Musayev deyib. Onun sözlərinə görə, teatrın tərkibində fəaliyyət göstərən xalq çalğı alətləri orkestri artıq konsertin məşqlərinə başlayıb.

“Konsertdə respublikanın tanınmış ifaçıları tərəfindən bir-birindən parlaq xalq və bəstəkar mahnıları səsləndiriləcək. Bundan başqa, sentyabrın 20-də teatrda “Dan ulduzu” instrumental ansamblının konserti olacaq. Həmçinin, növbəti konsertdə də tanınmış ifaçılar çıxış edəcəklər”, - deyə İ.Musayev söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.