DÜNYA


Malayziyada kimyəvi maddələrin çaya qarışması nəticəsində ən azı 450 nəfər zəhərlənib

Bakı, 13 mart, AZƏRTAC

Malayziyada kimyəvi tullantıların çaya atılması səbəbindən bir həftədə 450-dən çox insan, o cümlədən onlarla uşaq zəhərlənib.

AZƏRTAC “Star” nəşrinə istinadla xəbər verir ki, xəsarət alanlar başgicəllənmə, qusma və tənəffüslərində yaranan problemlərlə bağlı xəstəxanalara yerləşdirilib.

Bir qədər əvvəl hökumət orqanları baş vermiş insidentlə bağlı 34 məktəbi müvəqqəti bağlamaq barədə qərar qəbul edib.

Qeyd edək ki, ötən həftə yerli kimya zavodu metalların kimyəvi maddələrdə əridilməsindən sonra qalan zəhərli tullantıları Sunqay Kim Kim çayına atıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.