CƏMİYYƏT


Maliyyə naziri: İcbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsində aparılan mühüm islahatlardan biridir

Bakı, 23 noyabr, AZƏRTAC

Səhiyyə xərcləri ildən-ilə artır. Biz öz imkanlarımızı kifayət qədər düzgün qiymətləndirməliyik. İcbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsində aparılan mühüm islahatlardan biridir.

AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin noyabrın 23-də keçirilən iclasında deyib.

Maliyyə naziri qeyd edib ki, təhsil sahəsinə maliyyə təminatının ayrılması aktual məsələ kimi mühüm əhəmiyyət kəsb edir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramına əsasən, biz prioritetlər üzərində işləməli və işimizi bu istiqamətdə qurmalıyıq. Hədəflərin təmin edilməsi üçün maliyyə resursları kimi, intellektual və texniki resurslara da ehtiyac var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.