İQTİSADİYYAT


Maliyyə naziri: Ötən il 593 min fiziki şəxs əziyyət çəkdiyi kreditlərlə əlaqədar dövlətdən böyük yardım alıb

Bakı, 14 yanvar, AZƏRTAC

2019-cu ilin büdcəsində vacib elementlərdən biri də fiziki şəxslərin problemli kreditlərinin həll edilməsi məsələsidir. Bu məsələ ilə əlaqədar 2019-cu ilin dövlət büdcəsində əhəmiyyətli tədbirlər həyata keçirilib və 640 milyon manat məbləğində vəsait dövlət büdcəsindən Mərkəzi Banka müvafiq bankların hesablarına köçürülməsi üçün təmin edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

S.Şərifov qeyd edib ki, bunun hesabına 593 min fiziki şəxs əziyyət çəkdiyi kreditlərlə əlaqədar dövlətdən faktiki olaraq böyük bir yardım alıb: “Bununla yanaşı, Sizin Fərmanınızla nəzərdə tutulan fiziki şəxslərin problemli kreditlərinin həlli istiqamətində vacib addım manat ifadəsi ilə verilmiş kreditlərin ödəmə müddətinin beş ilədək uzadılması və eyni zamanda, faiz dərəcəsinin 1 faiz səviyyəsində müəyyən edilməsi idi. Bununla bağlı 214,5 milyon manat məbləğində verilmiş kreditlər Mərkəzi Bank tərəfindən Maliyyə Nazirliyinin dövlət zəmanəti ilə təmin edilib. Beləliklə, bu da dövlətin həyata keçirdiyi sosial siyasətin digər bir vacib elementidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.