RƏSMİ XRONİKA


Malta Respublikasının Prezidenti Zati-aliləri cənab Corc Abelaya

Hörmətli cənab Prezident,

Malta Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Malta dostluğunun daim möhkəmlənməsi və əməkdaşlığımızın əhatə dairəsinin daha da genişlənməsi yolunda qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 18 sentyabr 2013-cü il. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin