İDMAN
“Mançester Yunayted” klubunun yay transferində heyətinə qatmaq istədiyi futbolçular müəyyənləşib
Bakı, 23 may, AZƏRTAC
“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonun istəyi əsasında yay transferləri üçün 250 milyon avro ayrılacaq.
AZƏRTAC “Mirror” nəşrinə istinadən xəbər verir ki, baş məşqçi növbəti mövsüm Çempionlar Liqasında və İngiltərə Premyer Liqasında mübarizə aparmaq üçün ən azı 5 yeni futbolçu istəyir. Portuqaliyalı mütəxəssisin transfer siyahısında Tobi Alderveyreld (“Tottenhem), Fred (“Şaxtyor”), Jorjinyo (“Napoli”) və Jan-Mişel Şerinin (“Nitse”) adı var. “Yuventus”un müdafiəçisi Aleks Sandro isə yaxın vaxtlarda “qırmızı şeytanlar”la razılaşa bilər. Həmçinin ingilislər “Real Madrid” klubunun oyunçusu Qaret Beyli sıralarına qatmaq niyyətindədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [21:19]
Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib
- 10.05.2024 [19:39]
Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb
- 10.05.2024 [19:11]
İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu
- 10.05.2024 [18:32]
Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim
- 10.05.2024 [18:21]
İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
- 10.05.2024 [18:14]
Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq
- 10.05.2024 [17:57]