İDMAN


“Mançester Yunayted” müdafiəçisi ilə yeni müqavilə imzalayıb

Bakı, 12 fevral, AZƏRTAC

İngiltərənin “Mançester Yunayted” futbol klubu müdafiəçisi Eşli Yanq ilə yeni müqavilə imzalayıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 33 yaşlı ingiltərəli müdafiəçi daha bir il “Mançester Yunayted”in şərəfini qoruyacaq.

Qeyd edək ki, Eşli Yanq 2011-ci ildən Mançester təmsilçisində forma geyinir. O, cari mövsümdə iştirak etdiyi 25 oyunda bir dəfə fərqlənib. İngiltərə millisinin heyətində isə 39 oyunda 7 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.