DÜNYA


“Mariya” qasırğası Dominika Respublikasında 15 nəfərin həyatına son qoyub

Bakı, 22 sentyabr, AZƏRTAC

“Mariya” qasırğası Karib dənizində yerləşən Dominika adasında 15 nəfərin ölümünə səbəb olub. Təbii fəlakət nəticəsində, həmçinin 20 nəfərin də itkin düşdüyü bildirilir.

AZƏRTAC xəbər verir ki, Univision nəşrinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, dördüncü təhlükə səviyyəsinə enən qasırğa ada dövlətin ərazisində yüzlərlə evi dağıdıb və zədələyib.

Dominika Respublikasının Baş naziri Ruzvelt Skerrit adada evlərin və məktəblərin xarabalığa çevrildiyini, telekommunikasiyanın pozulduğunu, ölkənin əsas xəstəxanasının elektrik enerjisiz qaldığını bildirib.

Baş nazir hazırda respublikanın təqdim oluna biləcək bütün yardımlara ehtiyac duyduğunu vurğulayıb.

“Mariya”nın zərbəsinə məruz qalmış Puerto-Rikoda da analoji vəziyyət hökm sürür. BBC agentliyi qasırğa nəticəsində burada 12 nəfərin həlak olduğu xəbərini yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.