CƏMİYYƏT


Marketdə qadın müştərinin çantasını oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb VİDEO

Bakı, 25 yanvar, AZƏRTAC

Nərimanov rayonundakı marketlərdən birində xanım müştərinin əl çantası oğurlanıb. Zərərçəkən bu barədə rayon polis idarəsinin 18-ci polis şöbəsinə müraciət edərək içərisində 250 manat olan çantasının naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayəti törətməkdə şübhəli bilinən, Tərtər rayon sakini Faniz Səfərov polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Saxlanılan şəxsin mağazada törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı rayon polis idarəsinin 18-ci polis şöbəsində inzibati protokol tərtib olunub və F.Səfərovun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir ay müddətinə inzibati həbs seçilib.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin digər cinayətlər törətdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə DİN-in 102 - Zəng Mərkəzinə, Nərimanov Rayon Polis İdarəsinə və ya 18-ci polis şöbəsinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.