REGİONLAR


Masallıda gənclər arasında intellektual bilik yarışı üzrə açıq rayon birinciliyi başa çatıb

Masallı, 15 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı şəhərindəki Gənclər Mərkəzində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı üzrə açıq rayon birinciliyi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon Gənclər və İdman İdarəsinin, rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən və iki gün davam edən yarışda 120 nəfərə yaxın gənc bilik və bacarığını sınayıb.

Yarışın yekun nəticələrinə əsasən Xırmandalı kənd tam orta məktəbinin “Zirvə” komandası birinci, Qarğalıq kənd tam orta məktəbinin “Qarğalıq” komandası ikinci, Masallı şəhər 7 nömrəli tam orta məktəbin “Masallı-Zirvə” komandası üçüncü yerə layiq görülüb.

Sığıncaq kənd tam orta məktəbinin “Sığıncaq” komandası fəallığına görə xüsusi diplomla mükafatlandırılıb.

Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.

Mükafatlandırma mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov gəncləri qarşıdan gələn Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edərək “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası istiqamətində rayonda görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb.

Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov yarış iştirakçılarını təbrik edərək bildirib ki, Ümummilli Liderin dövlət müstəqilliyinin möhkəmlənməsinə yönələn siyasəti bu gün uğurla həyata keçirilir. Həyatımızın bütün sahələrində, eləcə də təhsil sahəsində əldə edilmiş nailiyyətlər Azərbaycanın müstəqil dövlət kimi gücünü nümayiş etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.