CƏMİYYƏT


Masallıda könüllülər üçün çoxnövçülük üzrə intellektual oyunlar təşkil edilib

Bakı, 27 yanvar, AZƏRTAC

Masallı Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qalibi olan “Könüllülər üçün çoxnövçülük üzrə intellektual oyunların təşkili” layihəsi çərçivəsində intellektual turnir keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda Masallı rayonundan olan səkkiz dövlət və özəl qurumları təmsil edən könüllü komandalar biliklərini sınayıblar.

Tədbirdə Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsinin Azərbaycanda könüllülük hərəkatının inkişafına diqqət və qayğının göstəricisi olduğu vurğulanıb. Qeyd olunub ki, Masallı rayonunda da könüllülüyün inkişafı diqqət mərkəzində saxlanılır.

İkigünlük yarışda Masallı Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin komandaları qalib gəliblər. Qalib komandalar, eləcə də fərqlənən gənclər mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.