REGİONLAR


Masallının Xanalion kəndində Şəhidlər bulağı istifadəyə verilib

Masallı, 22 avqust, Bağır Əliyev, AZƏRTAC

Avqustun 22-də Masallı rayonunun ucqar dağlıq ərazisində yerləşən Xanalion kəndində Şəhidlər bulağı istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ müharibəsində şəhid olmuş Nizami Bağışovun əmisi, iş adamı Hidayət İbadov şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə kəndin mərkəzində bulaq inşa etdirib.

Dağlıq ərazidən, 5 kilometr məsafədən çəkilən su xətti kənddə yaşayan 1294 nəfər əhalinin içməli su probleminin həllinə gözəl töhfədir.

Bununla bağlı keçirilən mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edərək ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb.

Kənd sakinləri bulağın çəkilişində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.