CƏMİYYƏT


Maştağada yarımtikilidə gizlədilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb

Bakı, 24 yanvar, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik əldə etmə və üzərində daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum edilmiş Ə.Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarış zamanı ondan üç qrama yaxın heroin aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Maştağa qəsəbəsindəki yarımtikilidə gizlətdiyi 510 qram heroin də polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.