CƏMİYYƏT
Mayın 8-də Azərbaycanda COVID-19 əleyhinə 3300 dozadan çox vaksin vurulub
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3308 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 300, ikinci doza vaksinlərin sayı 305, üç və daha çox doza vaksinlərin sayı 2409, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 294-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 669 min 883, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 341 min 971, ikinci mərhələ üzrə 4 milyon 842 min 230, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 244 min 10, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 241 min 672-dir.