DÜNYA


Mayk Pompeo: İrana qarşı sanksiyalara dair qərarlar noyabrın 5-də açıqlanacaq

Bakı, 2 noyabr, AZƏRTAC

İran neftinə dair sanksiyalar bazar ertəsi elan ediləcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

Onun sözlərinə görə, 8 ölkəyə İrana qarşı tətbiq olunacaq sanksiyalardan güzəştə gediləcək. İranın neft ixracının 1 milyon barrel azalacağını gözləyirik.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin isə deyib ki, İrana qarşı sanksiyalar bazar günü gecə saat 23:59-dan qüvvədə olacaq.

Xatırladaq ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.