ELM VƏ TƏHSİL
“Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq konfransa məqalə qəbulu davam edir
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən oktyabrın 28-də “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransa məqalə qəbulu davam edir.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, konfransda iştirakla bağlı məlumat və məqalə elektron formatda avqustun 28-dək medeniirs2022@gmail.сom ünvanına göndərilməlidir. Məqalənin tərtib edilməsi qaydaları və beynəlxalq konfrans haqqında ətraflı məlumatla ADMİU-nun saytında tanış olmaq mümkündür. “Şuşa İli” çərçivəsində təşkil olunacaq konfransın işçi dilləri Azərbaycan, türk, ingilis və rus dilləridir.
Beynəlxalq konfrans “Qarabağın itirilmiş mədəni irsinin geri qaytarılması problemləri”, “Mədəni irsin identifikasiyası, inventarlaşdırılması və rəqəmsallaşdırılması”, “Qeyri-maddi mədəni irsin aktuallaşdırılması”, “Mədəni irs – turizmin inkişafının potensial obyekti kimi”, “Mədəni irsin qorunmasının normativ-hüquqi mexanizmləri” bölmələri üzrə təşkil olunacaq.