Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Mədəniyyət və təbiətin harmoniyası: Novruz

Mədəniyyət və təbiətin harmoniyası: Novruz

Bakı, 19 mart, AZƏRTAC

Fərdlərin formalaşdırdığı mədəniyyətlər irslərin bir hissəsinə çevrilərək xalqların gələcəyi haqqında əsaslı fikirlər deməyə əsas yaradır. Bu mənada qeyri-maddi irslərin qorunması, eyni zamanda davamlı inkişafın və multikulturalizmin qorunması deməkdir. Bu isə öz növbəsində, 17 Dayanıqlı İnkişaf Məqsədlərinin əsas məqsədilə tam şəkildə üst-üstə düşür.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə hazırda “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Nar bayramı, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısında, həmçinin Çovqan– ənənəvi Qarabağ atüstü oyunu və “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin isə təşkilatın təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

2016-cı ildən etibarən bu siyahıya salınmış Novruz bayramı təbiətdə və elmi əsaslardan meydana gəlmiş bayram olmaqla yanaşı baharın gəlişinə, təbiətin yenilənməsinə işarə edir. Novruz xalqımızın mədəniyyətini, milli və mənəvi dəyərlərini əks etdirən və dünyada tanıdan qədim bir bayram sayılır. Novruzun qədim köklərə sahib olduğunu və hər zaman millətimizin qəlbində yaşadığını vurğulayan Ulu Öndər Heydər Əliyev azərbaycanlıların Novruz bayramını daha təntənə ilə qeyd etməsi üçün daima bu bayrama xüsusi qayğı ilə yanaşar və xalqının yanında olardı. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ənənəni yaşadır. O hər zaman bu qədim bayramı öz xalqı və ölkəmizin qonaqları ilə qeyd edir. Əcnəbi qonaqlar məhz Novruz bayramını çox mədəniyyətli Azərbaycanda birlik içində qeyd etmək üçün ölkəmizə səfərlər edirlər.

Bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev AZƏRTAC-a açıqlamasında deyib.

Bildirib ki, qeyri-maddi irs olaraq, bu ənənəvi bayram, ilk növbədə, sülh və firavanlıq, bərabərliyin təmini, sülhsevər cəmiyyətlərin yaradılması, mədəniyyətlərarası dialoqun təmini və universal dəyərlərə hörmət, regional əməkdaşlığın qurulması, qadın hüquqlarının qabardılması və onlara hörmətin təcəssümü və təbiətin qorunması baxımından 7 Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqələndirilir.

Mədəniyyətin bir parçası kimi, milli mətbəxin əsas ənənəvi şirniyyatlarından olan paxlava, şəkərbura, şorqoğalı və badamburanın bişirilməsi və qovurğa (qızardılmış buğda), qoz-fındıqla (əsasən qoz, fındıq, badam və şabalıd) qarışdırılıb masaya qoyulması Novruzu sevimli bayram edən əsas məqamlardan biridir.

Bu hazırlıq yolu isə qarşılıqlı şəkildə qonşular, qohumlar, dostlar və bütün ailə üzvlərinin məsafələrə baxmayaraq bir-birlərini ziyarətə getməsi ilə alınır. İnsanlar həmrəylik ruhundan zövq alırlar və gələcək nəsillərə əsrlər boyu keçəcək dəyərlər yaradırlar. Gələcəyin carçısı olan uşaqlar Novruz qarşısında əməkdaşlıq ruhundan zövq alır və yaşlı insanlarla nəsillərarası dialoqu tətbiq edirlər. Üstəlik, Novruz cəmiyyətdə mövcud olanları aztəminatlı ailələr və cəmiyyətin unudulmuş sosial qruplarından olan üzvləri ilə bölüşməyi tələb edir. Bu, davamlı inkişaf çərçivəsində “heç kimi geridə qoymamaq” çağırışına kömək edir və dinc cəmiyyətlərin yaranma prosesini gücləndirir.

Novruzun vacib elementlərindən biri ənənəvi sənətkarlıqdır. Ənənəvi sənətkarlıq, bir çox insan, xüsusən də Azərbaycanın regionlarından və ucqar bölgələrindən olan az təminatlı ailələr və qadınlar üçün davamlı bir gəlir mənbəyidir. Təbii mühit haqqında ənənəvi biliklər də insanlara yaşayışlarını davamlı olaraq dəstəkləyə biləcək əkinçilik, balıqçılıq, sənətkarlıq və digər təcrübələr üçün təbii ehtiyatları müəyyənləşdirməyə və istifadə etməyə kömək edir. Bayram tədbirləri mədəni irsin cəmiyyətdəki yoxsul və imkansız insanları dəstəkləmək məqsədilə sosial həmrəyliyi gücləndirərkən sərvətlərin yenidən bölüşdürülməsinə və cəmiyyət üzvlərinə xidmətlər təklif olunmasına kömək edir.

“Şübhəsiz ki, qadınlar bayramın bütün aspektləri və elementləri baxımından Novruz bayramının həyata keçirilməsində əsas qüvvədir. Bir çox canlı irs forması kimi, Novruz da mədəniyyət sahəsində gender bərabərliyini nümayiş etdirir. Qadınlar sənətkarlıq istehsalında liderlik edir, ailələri üçün pul qazanır və sənətkarlıqları ilə cəmiyyətin fərdiləşmə prosesini davam etdirirlər. Təşkil edilən tamaşalarda qadınlar musiqi və rəqs vasitəsi ilə özləri və cəmiyyət arasında həmrəyliyi inkişaf etdirir, eyni zamanda milli çıxışları sayəsində canlı irsləri ilə qlobal tanınma qazanırlar. Gender bərabərliyi də bu ənənəvi praktikada, Novruz şənliklərində və mərasimlərdə açıq şəkildə təmsil olunur.

Novruz təbiətin harmoniyasıdır. Bu, xalqımızın təbiətlə olan ahəngdarlığını göstərir və təbii ekoloji dəyişiklikləri qeyd edir. Novruzun mənşəyi qədim adətlərdən, təbiətə və məhsuldarlığa, həmçinin təbiətin tənəzzülünə və yüksəlişinə inamdan başlayır. Novruzdan əvvəlki ay ərzində hər çərşənbə axşamı günü təbiətin dörd ünsürünün qeyd olunmasına həsr olunur: Su, Öd, Yel və Torpaq adlanır və bu zaman yarpaqlar tökülür, bahar nəhayət başlayır. Üstəlik, Odlar yurdu Azərbaycan bununla bağlı zəngin ənənələrə malikdir. Atəş təmizlənmə və aydınlaşma rəmzidir. Novruzda tonqallar qalanır və bayramdan əvvəl Axir Çərşənbədə insanlar birinin üstündən yeddi dəfə, ya da 7 tonqalın üstündən bir dəfə atlayaraq deyirlər: “Qızıllığınızı verin və sarılığımı götürün”. Od heç vaxt su ilə söndürülmür; öz-özünə yanır.

Səməni yetişdirilməsi baharın müjdəsi kimi ən müqəddəs Novruz mərasimidir. Novruz bayramının ətraf mühitlə birbaşa əlaqəsi olduğundan, iqlimdəki hər bir ciddi dəyişiklik bu bayramı qeyd edən insanların həyat tərzinə asanlıqla təsir edərək Novruz kimi yüzlərlə adət-ənənələrin məhv edilməsinə səbəb ola bilər.

Bu baxımdan, bəşəriyyət təbiətə və iqlim dəyişikliyinə diqqət yetirərək qeyri-maddi mədəni irsin davamlı inkişafını xilas edə bilər”, - deyə deputat vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub