CƏMİYYƏT


Mehdiabadda oğurluq, Digah qəsəbəsində isə evinin həyətində narkotik tərkibli çətənə kolları əkən şəxslər saxlanılıblar VİDEO

Bakı, 5 avqust, AZƏRTAC

Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni tikilməkdə olan evlərin birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, naməlum şəxs oradan dəyəri 10 min manat olan təmir-tikinti avadanlıqları oğurlayıb. Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nail Hacıyev tutulub.

Mehdiabad Polis Bölməsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs də saxlanılıb.

Polis bölməsinə Digah qəsəbəsi sakini İntiqam Mirzəyevin yaşadığı evin həyətində çətənə bitkisi əkib-becərdiyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal polislər tərəfindən həmin ünvana baxış keçirilib. Baxış zamanı onun həyətindən aqrotexniki qaydada yetişdirdiyi çəkisi 27 kiloqram olan 34 ədəd çətənə kolu aşkarlanıb.

Faktlarla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Saxlanılan şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.