ELM VƏ TƏHSİL


Məhəbbət Vəliyeva: "Son zəng" tədbirləri yalnız məktəb daxilində və iki saat ərzində keçirilməlidir VİDEO

Bakı, 12 iyun, Xanım Nağıyeva, AZƏRTAC

İyunun 14-də Bakının bütün məktəblərində "Son zəng" tədbirləri keçiriləcək. Bu tədbirlər yalnız məktəb daxilində və iki saat ərzində keçirilməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi "Son zəng" tədbirlərində təhlükəsizliyin təmin edilməsi üçün müvafiq orqanlara müraciətlər edir. “Hesab edirəm ki, builki "Son zəng" tədbirləri də yaxşı səviyyədə keçiriləcək. Bu il Bakı məktəblərində 11-ci sinfi təxminən 26 min şagird, 9-cu sinfi isə 27 min nəfərdən artıq şagird bitirir. İyunun 21-də Bakıda həm 9-cu, həm də 11-ci sinif şagirdləri buraxılış imtahanı verəcəklər. Həmçinin istər yerli, istər beynəlxalq nüfuzlu ali məktəblərə qəbul olunan və xüsusi nəticələri ilə seçilən şagirdlərimiz var. Bu hal bizi sevindirir. Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanlarının iki mərhələdə keçirilməsi abituriyentlər üçün çox geniş imkanlar yaradır. Ümid edirik ki, şagirdlərin göstəriciləri daha da yaxşılaşacaq”, - deyə M.Vəliyeva bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.