İQTİSADİYYAT


Məhəmməd Barkindo: May ayında qlobal neft ehtiyatı həcmi dola bilər

Bakı, 9 aprel, AZƏRTAC

May ayında qlobal neft ehtiyatı həcmi dola bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında keçirilən görüşdə deyib.

O, dünya miqyasında neft tələbatının azalması və sürətlə artan tədarük səbəbindən may ayında qlobal neft ehtiyatı həcminin dola biləcəyi barədə xəbərdarlıq edib. Dünyada sürətlə yayılan koronavirus səbəbindən nəqliyyat məhdudiyyətlərinin və karantinlərin müşahidə olunduğunu bildirən M.Barkindo bunun son 1 ayda neft bazarında görünməmiş dəyişikliyə səbəb olduğunu deyib.

Bu il üzrə qlobal neft tələbatının gündəlik 100 min barrel artım proqnozuna 6,8 milyon barrel azalma istiqamətində yenidən baxıldığını deyən M.Barkindo ilin ikinci rübündə qlobal neft tələbinin sutkada 12 milyon barel azalacağının gözlənildiyini bildirib. İkinci rübdə sutkalıq 12,7 milyon barellik tədarük profisitinin yarana biləcəyini söyləyən OPEC-in baş katibi qlobal neft ehtiyatı həcminin may ayında dola biləcəyini qeyd edib.

2014-2016-ci illərdə neftin qiymətinin aşağı olduğu dövrdə neft bazarına 1 trilyon dollarlıq sərmayənin itirildiyini xatırladan M.Barkindo istehsalçı ölkələrin də trilyonlarla dollar gəlir itkisi ilə üz-üzə qaldığını bildirib. Qlobal neft istehlakının birinci rüb ərzində 15 faiz azaldığını ifadə edən OPEC-in baş katibi kartel və qeyri-OPEC ölkələrini bazar şərtlərinə uyğun birgə hərəkət etməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.