SİYASƏT


Məhəmməd Cavad Zərif: Regionda təhlükəsizliyin davamlılığı üçün İran, Azərbaycan və Türkiyə əməkdaşlığı davam etdirəcəklər

Tehran, 2 noyabr, AZƏRTAC

Regionda təhlükəsizliyin davamlı xarakter alması üçün İran, Azərbaycan və Türkiyə qarşılıqlı əməkdaşlıq əlaqələrini davam etdirəcəklər.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İRNA agentliyinə açıqlamasında deyib.

Nazir hər üç ölkənin xarici işlər nazirlərinin İstanbulda keçirilən VI görüşünün çox səmərəli olduğunu bəyan edərək vurğulayıb ki, İran Türkiyə və Azərbaycan ilə iqtisadi, siyasi, nəqliyyat və bank sahələrində əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək. Azərbaycan ilə nəqliyyat sahəsində birgə layihələrin həyata keçirildiyini deyən M.C.Zərif bu layihələrin uğurla başa çatacağını bildirib. Hər üç ölkə regiona sirayət etməyə çalışan terrorçuluqla birgə mübarizə aparmaqda qərarlıdır.

Məhəmməd Cavad Zərif Türkiyənin və Azərbaycanın müstəqil xarici siyasət yürütmələrini yüksək qiymətləndirib və regiona başqa dövlətlərin müdaxiləsini qeyri-məqbul hesab edib. Nazir bildirib ki, İran, Türkiyə və Azərbaycanın xarici işlər nazirlərinin VII görüşü Tehranda keçiriləcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.