DÜNYA


Meksikada gecə klubuna hücum nəticəsində azı 15 nəfər ölüb

Bakı, 9 mart, AZƏRTAC

Meksikanın Salamanka şəhərində (Quanaxyato ştatı) gecə klubuna silahlı hücum nəticəsində azı 15 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, Milenio qəzetinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, bir qrup silahlı şəxs La Playa gecə klubuna soxularaq binadakı insanları atəşə tutub. Şahidlər bildiriblər ki, hücum anında klubda 20-dən çox insan olub. Zərər çəkənlərin vəziyyəti barədə informasiya verilmir.

Polislər dərhal hadisə yerinə gəlib, lakin hücum edənlər avtomobillə klubdan uzaqlaşaraq gizlənə biliblər.

Hələlik hadisənin digər təfərrüatları məlum deyil.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.