ELM VƏ TƏHSİL
Məktəb-Lisey Kompleksinin iki sinfinin bütün məzunları ali məktəbə qəbul olub
Bakı, 21 avqust, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki Məktəb-Lisey Kompleksinin 11c və 11b siniflərini bitirmiş bütün məzunlar ali məktəbə qəbul olub.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, 11c sinfini bitirən 23 məzunun hamısı 2018-2019-cu dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıb.
Məzunlardan 3-ü 600-dən yuxarı, 8-i 500-600, 7-si isə 300-500 bal arası nəticə göstərib. Həmçinin məzunlardan 3-ü Türkiyə, 1-i Rusiya, 1-i isə Amerikada təhsil almaq hüququ qazanıb.
Məktəb-Lisey-Kompleksinin 11b sinfini bitirən 24 məzun da ali məktəblərə keçirilən qəbul imtahanlarında yaxşı nəticə göstərərək tələbə adını qazanıb.
Məzunlardan 2 nəfəri 500-dən yuxarı, 19 nəfəri isə 200-500 bal arası nəticə göstərib. Bundan başqa, 2 məzun Türkiyədə, 1-i isə Rusiyada təhsillərini davam etdirmək imkanı qazanıb.