ELM VƏ TƏHSİL
Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün ixtisasartırma təlimlərinə qeydiyyat başlanıb
Bakı, 26 iyul, AZƏRTAC
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) və Təhsildə İnnovativ Texnologiyalar” (İTE) Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək ixtisasartırma təlimlərinə qeydiyyat başlanıb.
TİPİİ-dən AZƏRTAC-a bildiriblər ki, təlimlər məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər, ibtidai sinif və məktəbəqədər müəssisələrdə çalışan müəllim və tərbiyəçilər üçün nəzərdə tutulub. Təlimlər nəzəri biliklərlə yanaşı, praktik bacarıqların formalaşması istiqamətində aparılacaq. Dərslər avqustun 2-dən 9-dək TİPİİ-də keçiriləcək.
Region məktəblərində fəaliyyət göstərən müəllimlərin də iştirak edə biləcəkləri təlimi uğurla başa vuran müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcək. Təlimlərdə iştirak etmək istəyənlər qeydiyyat formasını doldurmalıdırlar.