ELM VƏ TƏHSİL


Memarlıq və İnşaat Universiteti professorunun məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib

Bakı, 22 oktyabr, AZƏRTAC 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika kafedrasının müdiri, fizika elmləri doktoru, professor Adil Abdullayevin məqaləsi “Web of Science” elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc edilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı alimin “Boru divarında turbulent rejimdə və yüksək kritik təzyiqlərdə temperatur rejimlərinin tədqiqi” adlı məqaləsi nüfuzlu “Modern Physics Letters B” jurnalında dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.